Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Söz verirəm ki, səylərimi əsirgəməyəcəyəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Söz verirəm ki, səylərimi əsirgəməyəcəyəm"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Möhtərəm cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz etimada görə təşəkkür edirəm. Məsuliyyətimi tam şəkildə dərk edirəm. Sizin rəhbərliyinizlə indiyə qədər gördüyümüz işlərdə əldə etdiyimiz nailiyyətlər Sizin dəstəyinizin, həmkarlarımın gərgin işinin nəticəsidir. Olan çatışmazlıqlar isə mənim üzərimə düşən məsuliyyətdir".

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

"Fəaliyyətimizə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir. Sizin rəhbərliyinizlə, həmkar nazirlik və dövlət təsisatlarımızla birlikdə biz ölkəmizin dayanıqlı və davamlı inkişafının, iqtisadi inkişafının təmin edilməsi üçün Sizin tapşırdığınız prinsiplər əsas götürülməklə fəaliyyət göstərəcəyik. Söz verirəm ki, bu məqsədlər üçün səylərimi əsirgəməyəcəyəm.

 

İqtisadiyyatımızın rəqabətliliyini daim artırmağı, iqtisadi müstəqilliyimizi daim möhkəmləndirməyi, iqtisadiyyatı inkişaf etdirməyi əsas vəzifəm kimi qəbul edirəm. İnanıram ki, iqtisadiyyatı inkişaf etdirmək dövlət və vətəndaşların gəlirlərinin və imkanlarının artırılmasının yeganə yoludur. Sizin kimi siyasi liderin, möhtərəm cənab Prezident, hökumətində yer tutmaq mənim üçün ən böyük şərəfdir. Bir daha yüksək etimadınıza görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm", - deyə, İqtisadiyyat naziri vurğulayıb.

23.10.2019 15:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ