Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Romgaz" və SOCAR anlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Romgaz" və SOCAR  anlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“S.N.G.N. Romgaz S.A.” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) şirkətləri arasında geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

SOCAR-dan verilən məlumata görə, memorandumun məqsədi Azərbaycan və Rumıniyanın, eyni zamanda beynəlxalq birliyin ümumi maraqlarına xidmət edən layihələrin inkişafı naminə strateji əməkdaşlıq qurmaqdır.

 

“Romgaz” şirkətinin baş icraçı direktoru Konstantin Adrian Volintiru bununla bağlı deyib ki, SOCAR kimi bir tərəfdaşla əməkdaşlıq hər iki şirkətə qarşılıqlı fayda verəcək əla imkandır: “Neft və qaz sənayesində oxşar tarixə malik iki ölkə arasında nou-hau, texnologiya və təcrübə mübadiləsi uğurlu əməkdaşlığa yol açacaq. Ən son texnologiyalar və təcrübələr vasitəsilə az tədqiq olunmuş hövzələrdə əhəmiyyətli kəşflər etmək olar”.

 

Rumıniyanın ən böyük təbii qaz istehsalçısı və əsas qaz təchizatçısı “Romgaz” 70%-i dövlətə məxsus olan şirkətdir. Buxarest və London birjalarında qeydə alınmış bir şirkət olan "Romgaz" təbii qazın kəşfiyyatı, hasilatı, saxlanması və marketinqi ilə məşğul olur.

 

SOCAR qlobal miqyasda fəaliyyət göstərən dövlət şirkətidir. Şirkətin fəaliyyət sahələri arasında neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli üstünlük təşkil edir. SOCAR həmçinin ölkə daxilində və beynəlxalq bazarlarda neft və neft-kimya məhsullarının satışı ilə məşğuldur. 

24.10.2019 14:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ