Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

2 Yaponiya şirkəti Azərbaycanda xalça idxalına başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
2 Yaponiya şirkəti Azərbaycanda xalça idxalına başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 23-də Yaponiyanın “Chiyoda Jyutan” şirkətinin prezidenti Yoşiaki Morikava və “Sathi Group” şirkətinin icraçı direktoru Aziz Kan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində olublar.

 

Reklam_3_11

Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Orxan Rzayev qonaqlara məlumat verib ki, hazırda “Azərxalça”nın 21 filialı fəaliyyət göstərir. Bu filiallarda müxtəlif ölçülərdə, yüksək keyfiyyətli yun xalçalar toxunur. İndiyədək 14 min kvadratmetrə yaxın xalça istehsal edilib. 

 

“Chiyoda Jyutan” şirkətinin prezidenti Yoşiaki Morikava rəhbərlik etdiyi şirkətin fəaliyyəti, Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib.

 

Qeyd olunub ki, bu şirkət Yaponiyaya xalça idxal edir. Şirkətin mütəxəssislərinin apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Azərbaycanda istehsal edilən xalçalar keyfiyyətlidir və Yaponiya bazarında bu məhsullara tələbat var. Ona görə də “Azərxalça”nın istehsalı olan məhsulların Yaponiyaya idxalında maraqlıdırlar.

 

Yaponiyanın xalça satışı üçün böyük imkanlara malik olduğunu vurğalayan “Sathi Group” şirkətinin icraçı direktoru Aziz Kan deyib ki, şirkət dünyanın müxtəlif ölkələrindən Yaponiyaya xalça idxal edir: “Burada toxunan xalçalarla tanış olarkən gördük ki, orijinal Azərbaycan xalçalarının tayı-bərabəri yoxdur. Bu xalçalar həm naxış elementlərinə, həm rəng koloritinə, həm də orijinallığına görə seçilir. İnanırıq ki, Azərbaycan xalçalarını Yaponiya bazarına çıxarsaq, onun çox alıcısı olacaq”.

 

Sonra qonaqlar Səhmdar Cəmiyyətin müxtəlif filiallarında toxunan xalçalara baxıblar və ilkin olaraq 10 xalça alıblar.

 

"Azərxalça" ilə bu şirkətlər arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəlinib, Azərbaycan xalçalarının Yaponiya bazarına çıxarılması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

24.10.2019 15:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ