Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Günay Bank”ın rəhbərliyinə yeni təyinatlar olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günay Bank”ın rəhbərliyinə yeni təyinatlar olub

17 oktyabr 2019-cu il tarixində “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.


Bankdan "Marja"ya daxil olmuş məlumata görə, yığıncaqda Budaqov İlham Aslan oğlu Müşahidə Şurasına yeni üzv seçilib. Bununla Müşahidə Şurasının tərkibi 5 nəfərdən ibarət olub. 

Reklam_3_11

 

İ. Budaqov Azərbaycan Texniki Universitetini, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmiş, 10 ildən artıq müxtəlif banklarda rəhbər vəzifələrdə çalışmışdır, texnika üzrə fəlsəfə doktorudur.  

 

Eyni zamanda Müşahidə Şurasının qərarına əsasən İlham Budaqov Audit Komitəsinin sədri təyin edilmiş, Səfərov İlham Nizami oğlu isə komitəyə yeni üzv seçilib. Beləliklə Audit Komitəsi üzvlərinin sayı 3 nəfərə yüksəlib.

 

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

25.10.2019 10:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ