Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət Neft Fondu transfertin 66%-ni icra edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Neft Fondu transfertin 66%-ni icra edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondu 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 milyard 536 milyon manat vəsait dövlət büdcəsinə transfert edib.

 

"Marja"nın məlumatına görə, Fond, 2019-cu il ərzində dövlət büdcəsinə transfert edilməsi nəzərdə tutulmuş vəsaitin 66%-ni köçürə bilib.

 

ARDNF-in 2019-cu il büdcəsinə görə, dövlət büdcəsinə 11 milyard 364 milyon 300 min manat transfert edilməlidir. 

 

Oktyabr-Dekabr dövründə də Fond büdcəyə 3 milyard 828 milyon 300 min manat transfert etməlidir. Bu qədər Manatın əldə edilməsi 2 milyard 252 milyon dolların satılmasını tələb edir.

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, valyuta hərraclarında təklif tələbi üstələyir, dollar satılmır. Son məlumata görə, Dövlət Neft Fondunun sata bilmədiyi 548 milyon dollar vəsaiti var.

25.10.2019 13:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ