Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qidaların müayinəsi vətəndaşlara əyani şəkildə göstəriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qidaların müayinəsi vətəndaşlara əyani şəkildə göstəriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni layihəyə start verib. Belə ki, hər ay Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün “Açıq qapı” günləri keçiriləcək.

 

Reklam_3_11

Məqsəd vətəndaşların istehlak etdiyi qida məhsullarının İnstitutun laboratoriyalarına nümunə qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir.

 

Bununla bağlı Agentliyin rəsmi sosial şəbəkə səhifələrindən vətəndaşlara müraciət olunub. Müraciətdə istehlak etdikləri qida məhsullarının necə yoxlanıldığını bilmək istəyən istehlakçılar “Açıq qapı” günündə iştiraka dəvət edilir.

 

İlk “Açıq qapı” günü 20 noyabr, saat 11:00-13:00-da  keçiriləcək. Vətəndaşlar (012) 565 12 72 (daxili nömrə 756), (070) 960 10 03 telefon nömrələrinə zəng edib qeydiyyatdan keçməklə  İnstitutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesində iştirak edə bilərlər.

28.10.2019 13:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ