Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın investisiya şirkətlərinin xaricdəki rəqiblərinə uduzacağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın investisiya şirkətlərinin xaricdəki rəqiblərinə uduzacağı gözlənilir

Xəbər verdiymiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası “Marja ticarətinə dair Qaydalar”ı təsdiq edib. Qaydalara görə, investisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə təqdim etdiyi kredit çiyni maksimum 1:30 həddində ola bilər. Yəni, investisiya şirkətinin müştərisi öz sərmayəsindən 30 dəfə çox həcmdə əməliyyat apara (mövqe aça) bilər. Tutaq ki, 1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyat aparılacaqdır. İndiyədək, investorlar hesabına 1000 dollar vəsait yatırıb 100 min dollarlıq əməliyyat apara bilrdilər.

 

Maliyyə Bazarlarına Nəzarət Palatası bildirib ki, yüksək kredit həddindən istifadə zamanı investor vəsaitini çox kiçik volatillik (qiymət dəyişikliyi) halında itirir. Bu səbəbdən, investisiya şirkətləri tərəfindən investorlara ayrılan kredit çiyni məhdudlaşdırılıb.

 

Kredit həddi (kredit çiyni, kredit dəstəyi) sərmayəçinin (investorun) daha az sərmayə ilə daha böyük həcmli əməliyyatlar aparmasına imkan təmin edən sistemdir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının marja ticarətində (foreks məməliyyatları) kredit həddini məhdudlaşdırması investisiya şirkətləri tərəfindən etirazla qarşılanıb.

 

HƏMÇİNİN OXU: 1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyata icazə veriləcək - YENİ QAYDALAR

 

İnvestisiya şirkətlərindən "Marja"ya bildirilib ki, yeni qaydalar ilə maksimum həddin azaldılması investorların hüquqlarını məhdudlaşdırır, eyni zamanda yerli investisiya şirkətlərinin xarici investisiya şirkətlərinə uduzmalarına şərait yaradır:

 

“Yeni qaydalar ilə investisiya şirkətlərinə, müştəriyə 1:30 nisbətindən artıq kredit çiyini təqdim etmək məhdudlaşdırılır. Biz hesab edirik ki, 1:30 nisbəti, investorların hüquqlarının məhdudlaşdırılmasıdır. Həm də yerli investisiya şirkətlərinin xarici investisiya şirkətləri qarşısında rəqabət qabiliyyətini azaldacaq. Yükək kredit çiynindən istifadə edərək əməliyyatlar aparmaq isəyən müştərilər yerli şirkətlər əvəzinə xarici şirkətlərin xidmətlərindən istifadə edəcəklər”.

 

Türkiyə və digər bir sıra ölkələrin təcrübəsi göstərir ki, aşağı kredit çiyni hədlərində qazanc az olduğundan sərmayəçilər yüksək kredit həddi nisbəti ilə xidmət göstərən xaricdəki foreks firmalarını seçirlər. Azərbaycanın investisiya şirkətlərinin də müştəri itirəcəkləri və  marja ticarəti (forex) xidmətinin göstərilməsindən gəlirlərinin azalacağı gözlənilir.

 

Qeyd edək ki, foreks əməliyyatları aparan investorlar daha çox 1:00 kredit çiyninə üstünlük verirlər.

29.10.2019 09:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ