Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yaşlı icra başçısının istefa ərizəsi yazdığı bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaşlı icra başçısının istefa ərizəsi yazdığı bildirilir

Yaşı 70-dən yuxarı olan bir neçə icra başçısının öz istəkləri ilə vəzifələrindən ayrılmaqla bağlı ərizə yazıdıqları bildirilir.

 

Reklam_3_11

Onlardan birinin Xaçmazın icra başçısı 81 yaşlı Şəmsəddin Xanbabayevin olduğu bildirilir. İcra başçısının istəyinin qəbul olunduğu və vəzifəsindən azad olunacağı ilə bağlı sərəncamın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Eyni zamanda, yaşı 70-i keçən digər  icra başçıları da prosesdən kənarda qalmayacaq.

 

 

Prezident İlham Əliyevin bir neçə həftə öncə hakimiyyət daxilində islahatların aparılacağı ilə bağlı verdiyi açıqlamalarının ardınca baş verən istefalar artıq ənənəyə çevrilib. Belə ki, dövlət başçısının məlum anonsundan sonra Baş Nazirin iki müavininin istefa ərizəsi yazması, prezidentin onları qəbul edərək yüksək ehtiramla yola salması və həmin görüşlərdə səsləndirdiyi fikirlər hakimiyyət komandasında ciddi proseslərin başlamasına rəvac verib.

 

Xatırladaq ki, İlham Əliyev həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurların öz istəkləri ilə tutduğu postdan ayrılmalarının və yerlərini gənc nəslə ötürmələrinin nümunəyə çevriləcəyinə inandığını bildirmişdi. Məhz bu görüşün ardınca dövlətdə ən yüksək vəzifələrdən birini tutan Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan getdi.

 

Bu qədər ciddi prosesin ardından ölkə mediası və ictimaiyyəti diqqəti yüksək vəzifə tutan və yaşı 70-i haqlamış şəxslərin üzərinə çəkməyə başladı və onların adları açıqlandı.

 

Ötən gecə isə gözlənilmədən Xarici İşlər nazirinin müavini, Birinci-Vitse Prezident Mehriban Əliyevanın əmisi Hafiz Paşayev istefa estafetini qəbul edərək vəzifəsindən ayrıldığını bəyan edib. H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atdığını açıqlayıb.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Qafqazinfo"

30.10.2019 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ