ABŞ-da indekslər, Fed-in faiz endirməsinin ardından rekorda doğru yüksəldi
ABŞ-da indekslər, Fed-in, iqtisadçıların proqnozuna paralel faiz endiriminə gedərək faizləri 1.50% - 1.75% aralığına salmasının ardından yüksəlib.
"Marja" xəbər verir ki, bağlanışda Dow Jones indeksi 0,43% artımla 27186,69 bənd, S&P 500 indeksi 0,33% qazancla 3046,77 bənd və Nasdaq indeksi 0,33% artımla 8303,98 bənd səviyyələrinə qalxıblar.
Səhmlər, Fed-in faiz endiriminə getməsinin ardından rekorda doğru yüksəliblər.
Fed-in pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsi (FOMC) Oktyabr yığıncağında 25 bənd faiz endiriminə qərar verilib. Bank faizləri 1.50% - 1.75% aralığına endirib.
S&P 500 İndeksi, Fed sədri Jerome Powell-in, "inflyasiyanın inadçı şəkildə zəif qaldığı müddətcə faiz artırmayacaqlarını" söyləməsindən sonra kəskin bir şəkildə yüksəlib.
Pul siyasətinin yaxşı bir mövqedə olduğunu qeyd edən Fed sədri, "Mövcud siyasət duruşu ehtimalla uyğundur və bir müddət qalacaqdır" deyib.
İnflyasiyanın zəif qalmaqda davam etdiyinə diqqət çəkən Powell, "İnflyasiyanın 2%-ə yüksəlməsini gözləyirik" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
6 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl