Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank ABA-nın illik toplantısına qatılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank ABA-nın illik toplantısına qatılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Kapital Bank 27-29 oktyabr 2019-cu il tarixlərində ABŞ-ın Sietl şəhərində keçirilən Amerika Banklar Assosiasiyasının İllik Qurultayında iştirak edib.

 

Reklam_3_11

Tədbirə İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

 

Amerika Birləşmiş Ştatlarının müxtəlif banklarını təmsil edən ekspertlərin iştirakı ilə keçirilən illik toplantıda maliyyə xidmətləri sahəsində tendensiyalar, kiber təhlükəsizlik, ödəniş sistemləri, bank sektoru iştirakçılarının qarşısında dayanan problemlər və digər məsələlər ətrafında müzakirələr edilib. Tədbir müddətində həmçinin “Bank işinin rəqəmsal transformasiyas”, “Kiber-risklərin idarə olunması” mövzuları ətrafında diskussiyalar aparılıb, eləcə də digər mövzularda vorkşoplar, panel və ictimai müzakirələr, təqdimatlar həyata keçirilib.

 

“Cari il ərzində Kapital Bank artıq bir neçə beynəlxalq tədbirlərə - forum, qlobal təşkilatların illik yağıncaqlarına və konfranslara qatılıb. ABA tərəfindən təşkil olunan İllik Qurultayın əsas prioritet istiqamətlərindən biri də informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Ölkənin birinci bankı olaraq, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə biz hər zaman müştərilərə innovativ həllər təklif edirik. Hesab edirəm ki, beynəlxalq təcrübədən yararlanmaq imkanı bankın öz ictimai əhəmiyyətli funksiyalarını daha səmərəli yerinə yetirməsinə müsbət təsir göstərəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

 

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına üzv seçilib.

31.10.2019 06:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ