Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət qiymətli kağızlar bazarı azalıb - PALATA GÖSTƏRİCİLƏRİ AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət qiymətli kağızlar bazarı azalıb - PALATA GÖSTƏRİCİLƏRİ AÇIQLADI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 2019-cu ilin doqquz ay ərzində investisiya qiymətli kağızları bazarında ümumilikdə 12 milyard 71.5 milyon manat həcmində əməliyyat aparılıb. Əməliyyatların 80.1%-i (9 milyard 666 milyon manat) ilkin bazarda, 19.9%-i (2 milyard 405.6 milyon  manat) isə təkrar bazarda aparılıb.

 

Reklam_3_11

Cari ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azalıb, təkrar bazar əməliyyatları isə 69% artıb.

 

Korporativ qiymətli kağızlar

 

2019-ci ilin doqquz ayı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.1% (447.9 milyon manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 20.7% artaraq 759.3 milyon manata çatıb.

 

Dövlət qiymətli kağızları

 

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalaraq 9 milyard 315.3 milyon manat təşkil edib. Bunun 951,7 milyon manatını dövlət istiqrazları, 8 milyard 363.6 milyon manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 40 hərrac keçirilib və müvafiq olaraq, 527 milyon manat və 8 milyard 140 milyon manat məbləğində yerləşdirmə olub.

 

Repo əməliyyatları

 

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 842,9  milyon manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 490,4 milyonmanat təşkil edib.

 

Qeyd edək ki, ötən dövrlərin hesabatında əks olunmuş fərq müqavilələri ilə marja ticarəti əməliyyatları üzrə statistik məlumatlar bu hesabatlığa daxil edilməmişdir.

 

2019-cu ilin birinci yarısı üzrə investisiya qiymətli kağızları bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.

31.10.2019 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ