Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Samsung" Azərbaycan bazarında geriləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Samsung" Azərbaycan bazarında geriləyir

Bu ilin oktyabr ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung"un payı sentyabr ayı ilə müqayisədə 1,1 faiz bəndi azalıb.

 

"Global Stats" statistika mərkəzinin verdiyi məlumata görə, noyabrın 1-nə "Samsung"un ölkə üzrə bazar payı 55,4% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 3,6 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğular bazarında lider olaraq qalır.

 

Bu ilin oktyabr ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı 0,26 faiz bəndi artıb. Bu göstərici noyabrın 1-nə olan məlumata görə 15,6% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 8,9 faiz bəndi çoxdur. 

 

Üçüncü yerdə bazar payı 11,2% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı oktyabr ayı ərzində 1,2 faiz bəndi azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 0,12 faiz bəndi azdır.

 

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 4,06%, "Huawei" – 4,05%, LG – 1,75%, "Nokia" – 1,55%, "Lenovo" – 1,14%, HTC – 0,86%, "Alcatel" – 0,66% və s.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

02.11.2019 11:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ