Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mingəçevir antisanitar müəssisənin çörəklərini yeyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mingəçevir antisanitar müəssisənin çörəklərini yeyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinəd axil olmuş məlumat əsasında, AQTA əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 91/A ünvanında fiziki şəxs Əliyev Elşan Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirilmişdir.

 

Agentliyin yaydığı m əlumatda bildirilir ki, ilkin baxış zamanı antisanitar şəraitdə, qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi, sanitariya norma və qaydaların, gigiyena normativlərinin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin məlum olmadığı, eləcə də temperatur rejimi gözlənilmədən saxlanıldığı, hazır məhsulların laborator müayinələrdən keçirilmədiyi və dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb.

 

Müəssisədə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq havada rəflərə yığılaraq soyudulduğu müəyyən edilib.

 

Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

05.11.2019 12:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ