Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıdan uçuşların 100%-ni yerinə yetirən aviaşirkətlərin adları açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan uçuşların 100%-ni yerinə yetirən aviaşirkətlərin adları açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın əsas hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib etmişdir.

 

Reklam_3_11

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumatda bildirilib ki, 2019-cu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100% punktuallıq ilə BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkəti göstərmişdirlər.

 

“Uzbekistan Airways”, “Qatar Airways”, “Aeroflot”, “Air Arabia” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) planlaşdırılmış uçuşların ən azı 90%-ni yerinə yetirmişdirlər.

 

“Lufthansa” (89.6%), “flyNas” (88.9%), “Kuwait Airways” (87.5%) , “Türk Hava Yolları” (86.5%) və “Belavia” (86.4%) həmçinin yüksək nəticələr göstərmişdirlər.

 

Ümumilikdə isə, 2019-cu ilin oktyabr ayı ərzində uçuşların 77%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilmişdir.

 

Obyektivliyin artırılması məqsədilə reytinqə hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways”, habelə ay ərzində 5-dən az uçuş həyata keçirmiş aviaşirkətlər daxil edilməmişdir.

 

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərmişdir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

 

06.11.2019 12:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ