Bakıda məşhur zavoda etiraz - "HÜQUQLARIMIZ POZULUR, DİVİDEND ALA BİLMİRİK"
![Bakıda məşhur zavoda etiraz - "HÜQUQLARIMIZ POZULUR, DİVİDEND ALA BİLMİRİK"](/storage/thumbnail/cover/cdn/2019/november/06/1573050133.jpg)
Azərbaycan vətəndaşlarının İsveçrə şirkətinə narazılığı artır
Bu gün "Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları Bakıda İsveçrə səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, “Holcim Azərbaycan” ASC-nin ən böyük səhmdarı İsveçrənin “LafargeHolcim” şirkətidir. “Holcim Azərbaycan” Qaradağ sement zavodunu idarə edir.
Səhmdarlar hüquqlarının pozulmasından və dividend ödənilməməsindən şikayət edirlər:
“Holcim Azərbaycan” 20 il ərzində cəmi 4 dəfə dividend ödəyib. Şirkətin təxminən 95 milyon manat bölüşdürülməmiş mənfəəti var, həmin vəsaitdən səhmdarlara dividend ödəməlidirlər. Təxminən 320 narazı səhmdar var. Biz dəfələrlə zavod rəhbərliyi ilə görüşüb, fikirlərimizi bildirmişik. 20 il ərzində elə bir vəziyyət yaradıblar ki, çoxları səhmlərini satıb, 14%-dən 7%-ə düşmüşük. Məktublar yazırıq, suallar veririk, cavab vermirlər. 1 ton sementin maya dəyərini, satış qiymətini, ödənilən vergilər barədə məlumatları ala bilmirik. Hüquqlarımız pozulur. Hazırda zavod işləyir, xalis mənfəət əldə edir. Biz zavodun səhmdarları olaraq dividend tələb edirik”.
Şikayətçilərin sözlərinə görə, “Holcim Azərbaycan” ASC yeni zavodun tikintisi üçün aldığı borca görə dividend ödəyə bilmədiyini bildirir:
“Bizə bildirilib ki, zavodun tikilməsi üçün avro ilə kredit götürülüb. Sonradan Manat ucuzlaşıb və şirkətə ziyan dəyib. Bu səbəbdən divided ödənilmir.
“Holcim Azərbaycan” ASC bizim şikayətlərə baxmır. Biz tələbimizi İsveçrə səfirliyi vasitəsilə LafargeHolcim” şirkətinə çatdırmaq istəyirik".
Şikayətçilər qətnaməni səfirliyə təqdim ediblər. Eyni zamanda, məsələ barədə Prezident Administrasiyasına da məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
37 d. əvvəl
“Azər Türk Bank” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının tarixi dəyişdi
-
3 saat əvvəl
“MJ Financial Services BOKT”ın Müşahidə Şurasının sədri və üzvləri təyin olunub
-
-
3 saat əvvəl
Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazir Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında olub, milyonluq layihələr ilə tanış olub
-
5 saat əvvəl
"Fitch": Azərbaycanın dövlət borcu ÜDM-nin 22,7 %-nə qədər artacaq
-
5 saat əvvəl
"Fitch": Azərbaycan bu il valyuta ehtiyatlarını 74 milyard dollara yaxınlaşdıracaq
-
5 saat əvvəl
"Fitch": "Qarabağın yenidən qurulması iqtisadi artıma müsbət təsir edəcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Bazar gününün hava proqnozu](/storage/thumbnail/thumbnail/cdn/2023/may/09/hava_baku.jpg)
Bazar gününün hava proqnozu
![Azərbaycan neftinin son qiyməti](/storage/thumbnail/thumbnail/cdn/2020/Aprel/neft_620x349.jpg)
Azərbaycan neftinin son qiyməti
!["Səba" 2023-cü ildə satışdan 93 milyon manat gəlir götürüb](/storage/thumbnail/thumbnail/cdn/2022/dekabr/17/seba.jpg)
"Səba" 2023-cü ildə satışdan 93 milyon manat gəlir götürüb
![SUP.VC Azərbaycanın süni intellekt sahəsində irəliləyişə töhfə verir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/SUP.VC-suni-intellekt/SUP.VC-süni-intellekt.jpg)
SUP.VC Azərbaycanın süni intellekt sahəsində irəliləyişə töhfə verir
Ən çox oxunanlar
!["Fitch" Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltdi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/27/fitch.jpg)
"Fitch" Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltdi
!["Fitch" 8 ildən sonra Azərbaycanın reytinqini yüksəltdi](/storage/thumbnail/thumbnail/cdn/2020/İyul/03/fitch.jpeg)
"Fitch" 8 ildən sonra Azərbaycanın reytinqini yüksəltdi
!["Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - "Hüquq-mühafizə orqanlarına müraciət ediləcək"](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/azərsunholdinq.png)
"Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - "Hüquq-mühafizə orqanlarına müraciət ediləcək"
![Naxçıvanda Fondla Rabitəbank əməkdaşlıq müqaviləsi imzalayıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/emekdasliq-muqavilesi.jpg)
Naxçıvanda Fondla Rabitəbank əməkdaşlıq müqaviləsi imzalayıb
![Azərbaycandakı minik avtomobillərinin 85 faizə yaxını qocalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/bakuavto.jpg)
Azərbaycandakı minik avtomobillərinin 85 faizə yaxını qocalıb
![Azərbaycanda işçilər üçün ilk Fintech kartı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/23/perkskit.png)