Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Naxçıvan Vergilər Nazirliyi planı 20,2 faiz artıq icra edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan Vergilər Nazirliyi planı 20,2 faiz artıq icra edib

2019-cu ilin oktyabrında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 120,2 faiz icra edilib.

 

Bu barədə muxtar respublikanın Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

 

Bildirilir ki, daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 35,8 faizi dövlət sektorunun, 64,2 faizi isə özəl sektorun payına düşüb.

 

Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 162,4 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 150,6 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

 

Vergilər Nazirliyinin "bir pəncərə" qeydiyyat sistemi vasitəsilə oktyabrda 3 kommersiya hüquqi şəxs və 335 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 70,4 faizi muxtar respublika rayonlarının payına düşüb.

07.11.2019 06:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ