AYİB Azərbaycan üzrə iqtisadi artım proqnozunu aşağı saldı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə Azərbaycanda ÜDM-nin 2,8% artacağını proqnozlaşdırır.

 

Bu barədə bankın noyabr ayına olan regional iqtisadiyyata dair icmalında (Regional Economic Prospects) deyilir.

 

May ayında AYİB 2019-cu il üçün Azərbaycanda ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırmışdı.

 

AYİB-in qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,4% təşkil edəcək (may ayının proqnozu – 3,3%).

 

“2018-ci ildə başlanan iqtisadiyyatın bərpası 2019-cu ildə davam edir. 2018-ci ilin yekunları üzrə ÜDM-in artımı 1,4%-dən 2019-cu ilin yanvar-avqust ayları ərzində 2,4%-dək sürətlənib. Eyni zamanda, 2019-cu ilin 8 ayı ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2018-ci ildə 1,8%-ə qarşı 3% artıb”, - hesabatda qeyd olunur.

 

AYİB vurğulayır ki, tədiyə balansınıncari əməliyyatlar hesabının profisiti müsbət diapazonda qalır, baxmayaraq ki, 2019-cu ilin birinci yarısının yekunları üzrə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bir qədər azalıb.

“2019-cu ilin yanvar-sentyabr ayları ərzində 2,6% səviyyəsində orta illik inflyasiyanın aşağı olaması fonunda kredit fəalllığı da bərpa olunur. Bu, cari ilin yanvar-oktyabr ayları ərzində AMB-yə uçot dərəcəsini 200 baza punktu aşağı salmağa imkan verib. Lakin bank sitemində dollarlaşma və vaxtı ötmüş kreditlərin səviyyəsi hələ də mühüm olaraq qalır, bu da kredit fəallığı və pul-kredit siyasətinin effektivliyini məhdudlaşdırır”, - AYİB qeyd edir.

 

Bankın qiymətləndirmələrinə görə, Azərbaycan iqtisadiyyatının xarici şoklara davamlılığı ARDNF-nin aktivləri (ölkənin ÜDM-in həcminə ekvivalent olan) və AMB-nin ehtiyatları şəklində mühüm likvidlik buferləri ilə dəstəklənir.

 

Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 2,3%, 2020-ci ildə 3% artacağaını proqnozlaşdırır.

 

Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 yanvar 2019-cu il tarixinə AYİB Azərbaycanda 167 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,2 mlrd. avro yatırılıb. Hazırda bank respublikada 44 layihə reallaşdırır və 1,4 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 2%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "İnterfaks- Azərbaycan"

7 Noyabr 2019 , 10:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin