Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

7 bankın əməliyyat gəlirləri 50 milyon manatdan çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
7 bankın əməliyyat gəlirləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri (cəmi faiz və qeyri-faiz gəlirləri) 50 milyon manatdan çox olub.

 

Reklam_3_11

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (434 milyon 529 min manat), "Kapital Bank" (407 miylon 203 min manat), "PAŞA Bank" (198 milyon 264 min manat), "Xalq Bank" (96 milyon 476 min manat), "Access Bank" (95 milyon 952 min manat), "Bank Respublika" (87 milyon 55 min manat) və "Unibank"dır (79 milyon 307 min manat).

 

Qalan 23 bankdan 18-də əməliyyat gəlirləri 10-50 milyon manat arasında, 4 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.

 

7 bankın əməliyyat gəlirləri azalıb

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

 

Bbunlar "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Nikoyl Bank", "AFB Bank", "Atabank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Bank Avrasiya"da (4,4%), ən çox azalma isə Pakistan bankında (44,5%) qeydə alınıb.

 

Qalan 23 bankın əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (22,7 dəfə), ən aşağı dinamika isə "Muğan Bank"da (0,5%) olub.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Renkinq"

07.11.2019 10:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ