Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Çin 6G üçün işlərə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin 6G üçün işlərə başlayıb

Çin Elm və Texnologiya Nazirliyin tərəfindən 6G-nin araşdırılması üçün mütəxəssislərdən ibarət komissiya yaradılıb.


 

Reklam_3_11

Çin, 5G-nin rəsmi olaraq istifadə edilməyə başlanmasının ardından 6G-nin inkişaf etdirilməsi üçün araşdırma işlərini başlayıb.

 

"Marja" xəbər verir ki, Çin Elm və Texnologiya Nazirliyindən verilən açıqlamaya görə, Milli İnkişaf və İslahat Komissiyası, Təhsil Nazirliyi, Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi, Çin Elmlər Akademiyası, Təbiət Elm Fondu Komissiyasından səlahiyyətlilər, "Altıncı Nəsil Rabitə Texnologiyasının (6G) İnkişaf etdirilməsi Yığıncağı" üçün paytaxt Pekində toplantı keçiriblər.

 

Yığıncaqda, əlaqədar təşkilatlardan 6G-in araşdırılması üçün 37 nəfər mütəxəssisdən ibarət komissiya yaradılıb.

 

Bu qrup, söz mövzusu texnologiyanın inkişaf etdirilməsi üçün təkliflər hazırlayacaq.

 

Elm və Texnologiya nazirinin köməkçisi Vang Şi, 6G mövzusunda qlobal araşdırma texnologiyalarının hələ başlanğıc mərhələsində olduğuna diqqəti çəkərək ölkəsinin 6G texnologiyasının inkişaf etdirilməsini təşviq edəcəyini bildirib.


Çində 1 Noyabrdan üç  telekommunikasiya şirkəti, bir çox böyük şəhərdə 5G xidmətini təmin etməyə başlamışdır.

 

Telekommunikasiya şirkətləri il sonuna qədər 50-ə yaxın şəhərdə 5G-nin istifadəyə veriləcəyini və bu texnologiyanın gələn il bütün ölkəni əhatə edəcəyini açıqlayıblar.

 

Çində 80 min 5G texnologiyasına malik stansiya istifadəyə verilib və il sonuna qədər bu sayın 130 minə çatdırılması hədəflənir.

 

Yüksək sürətdə internet xidməti təmin edən 5G, sürücüsüz avtomobillərin istifadə edilməsinə, yüksək sürətdə video konfrans əlaqələri qurulmasına imkan verəcək, mobil oyunların daha axıcı şəkildə istifadə edilməsini təmin edəcək.

08.11.2019 04:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ