Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan oktyabrda gündəlik neft hasilatını azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan oktyabrda gündəlik neft hasilatını azaldıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barel olub ki, bu da cari ilin sentyabr ayına nisbətən 37 min barel və ya 4,9% azdır.

 

Azərbaycan Energetika Nazirliyindən verilən məlumat görə, oktyabrda gündəlik neft hasilatının 644 min barelini xam neft, 74 min barelini isə kondensat təşkil edib. Gündəlik 569 min barel xam neft, 76 min barel kondensat, 9,5 min barel isə neft məhsulları ixrac edilib.

 

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında orta gündəlik neft hasilatı 762 min barel təşkil edib.

 

Energetika Nazirliyi oktyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

 

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

12.11.2019 06:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ