Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Peru Azərbaycandakı səfirliyini bağlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peru Azərbaycandakı səfirliyini bağlayır

2020-ci il martın 1-dən Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırır.

 

Reklam_3_11

Səfirliyin “Facebook” səhifəsində məlumat verilib ki, diplomatik missiyanın bağlanması haqqında qərar Peru hökuməti tərfindən qəbul olunub.

 

“Bu qərar ilə əlaqədar təəssüf edirik. Səfirliyin bağlanması ilə əlaqədar inzibati prosedurlar başlanıb. Konsulluq şöbəsi yalnız dekabrın 15-dək xidmətlər təklif edəcək. Bu tarixdən sonra bütün müraciətlər Ankaradakı səfirliyə edilməlidir. Peru səfirliyi 2020-ci il martın 1-də fəaliyyətini tamamilə dayandıracaq”, - məlumatda deyilir.

 

Perunun Azərbaycandakı səfirliyi 2017-ci il iyunun 2-dən fəaliyyət göstərib.

12.11.2019 12:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ