“AG Bank” səhmləri daha yüksək bazar seqmentində ticarət olunacaq
“AG Bank” ASC-nin səhmləri Bakı Fond Birjasının Alternativ bazar seqmentindən Standart bazar seqmentinə keçirilib.
Bu barədə "Marja"ya Birjadan bildirilib.
“AG Bank” ASC-nin səhmləri "Bakı Fond Birjasının yenilənmiş listinq qaydalarının tələblərinə əsasən" alternativ seqmentdən standart seqmentə keçirilib.
Standart Bazar Seqmenti
BFB-də bazarlar listinq səviyyələrinə görə seqmnetlərə - Əsas, Standart və Alternativ bazar seqmentlərinə bölünmüşdür. BFB-də listinq tələbləri qiymətli kağızların daxil edildiyi bazar seqmentinə müvafiq olaraq dəyişir. Yəni Əsas Bazar seqmentinə daxil olmaq üçün tələblər yüksək, Standart Bazar seqmenti üçün orta, Alternativ Bazar seqmentinə daxil olmaq üçün isə daha aşağıdır.
Standart Bazar Seqmentində listinq üçün tələblər bir qədər yumşaqdır. Emitentin nizamnamə kapitalının ümumi həcmi ən azı 200 000 manat olmalıdır. Sərbəst tədavül həcminə dair isə heç bir tələb yoxdur.
Standart bazar seqmentində qabaqcıl təşkilati, emissiya prospekti və ya informasiya memorandumu müşayiəti ilə birlikdə kütləvi təklif etmiş, maliyyə, idarəetmə hesabatlarının və digər məlumatların açıqlanması və idarətetmə standartlarının tətbiq edildiyi lakin, nisbətən orta əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.
LİSTİNQ NƏDİR?
Hərfi mənada “Listinq” ingilis sözü [listing] olub mənası “siyahıya almaq etmək” deməkdir. Listinqin mahiyyəti də məhz qiymtətli kağızların tənzimlənən bazarlarda ticarətə buraxılmış maliyyə alətlərinin siyahısına əlavə edilməsidir. Burada, tənzimlənən bazarlar məhz fond birjaları anlamına gəlir. Hətta çox zaman bu iki termin sinonim kimi də işlədilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır