Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Zəlzələ büdcədən 6 milyon manat da sildi - SƏRƏNCAMLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zəlzələ büdcədən 6 milyon manat da sildi - SƏRƏNCAMLAR

Bu gün Prezident İlham Əliyevin "Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

 

"Marja" xəbər verir ki, Sərəncam ilə, zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

Prezidentin digər bir sərəncamı ilə, zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

Bu il Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdir. Fəsadların aradan qaldırılması üçün dövlət büdcəsindən bir neçə dəfə böyük məbləğdə vəsait ayrılıb.

15.11.2019 14:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ