Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi azalıb

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 407,4 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 66,8 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. 

 

Ümumi sərmayənin 65,5 faizi məhsul istehsalı sahələrinə, 25,0 faizi xidmət sahələrinə, 9,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,1 faizini təşkil etmişdir.

 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil etmişdir.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 482,7 milyon manat vəsait yönəldilmişdi. 

18.11.2019 10:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ