Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Damazlıq üçün iri kompleks tikiləcək - 12,7 MİLYON MANATLIQ SİFARİŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Damazlıq üçün iri kompleks tikiləcək - 12,7 MİLYON MANATLIQ SİFARİŞ

Göygöl rayonunda iri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksi tikiləcək.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi “Fasad-F” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 12 milyon 751 min manatdır. Müqavilə Göygöl rayonunda "İri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi"ni nəzərdə tutur.

 

100 manat nizamnamə kapitalı olan “Fasad-F” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Fəxri Cəfərovdur.

 

2019-CU İLDƏ TƏXMİNƏN 30 MİLYON MANATLIQ SİFARİŞ

 

2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyi elan etdiyi tenderlərdə “Fasad-F” MMC-ni qalib elan edib və bu şirkət ilə 29 milyon 981 min manat məbləğində 5 müqavilə bağlayıb.

 

Şirkət Kənd Təsərrüfatı Nazirliyindən Qobustan rayonunda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi üçün 9 milyon 745 min manat, aqrar yönümlü Peşə təhsili məktəbinin tikintisi üçün 5 milyon 772 min manat, Dövlət Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının əsaslı təmiri üçün 1 milyon 16 min manat, Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin Emalatxana binasının əsaslı təmiri üçün isə 698 min manat alıb.

18.11.2019 17:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ