Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İqtisadiyyata dair xəbərdarlıqlar edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadiyyata dair xəbərdarlıqlar edildi

Kredit reytinqi təşkilatı "Moody's" 2020-ci ildə qlobal iqtisadiyyatda durğunluq gözləmədiyini, ancaq iqtisadiyyatların kövrək qalmağa davam edəcəyini açıqlayıb. 


 

Reklam_3_11

Beynəlxalq kredit reytinqi təşkilatı "Moody's" qlobal iqtisadiyyata dair xəbərdarlıqlar edib.

 

"Marja" xəbər verir ki, təşkilat, artan siyasi və geosiyasi risklərin iqtisadi inkişafda yavaşlamaya səbəb olduğunu, iqtisadiyyatların da şoklara qarşı reaksiya vermək qabiliyyətini azaltdığını bildirib.

 

"Moody's" dərc etdiyi hesabatında, 2020-də iqtisadiyyatlarda aşağı istiqamətli risklərin artması, siyasi risklərin öncədən proqnozlaşdırılmaması, ticarət müharibəsi qeyri-müəyyənliyi ilə kredit reytinqi şərtlərinin zəifləyəcəyini bildirib. 

 

2019-da 2009-dakı böhrandan bəri ən aşağı artımın qeydə alındığını vurğulayan "Moody's, qlobal iqtisadiyyatın 2020-də də kövrək qalacağını bildirib.

 

Hesabatda, "Qlobal iqtisadi artım dünya iqtisadiyyatının təməl "mühərrikləri" olan ABŞ ilə Çindəki yavaşlamalar ilə sönük qalacaq. İnkişaf etmiş ölkə iqtisadiyyatlarında artım yavaşlayacaq, Çindəki yavaşlama və qlobal ticarət həcminin artmasının sona yaxınlaşması ilə əksər inkişaf etməkdə olan ölkə bazarı da ortalamadan aşağı artacaq",- deyilir.

 

2020-də qlobal ticarət gərginliyi və davam edən himayəçilik (proteksionizm) hərəkətlərinin kredit şərtləri üçün təməl risk olacağı vurğulandıb. 

 

ABŞ ilə Çin anlaşılmazlığı, "Brexit" qeyri-müəyyənliyi və ikili anlaşılmazlıqların təməl risklər olacağı, ticarətin pisləşməsinin qlobal təklif zəncirləri üzərində təsiri olacağı və sərmayə qərarlarına təsir edəcəyi vurğulanıb. Ticarət qeyri-müəyyənliyi davam etdikcə maliyyə bazarlarında volatilliyin də artacağı xəbərdarlığı edilib. 

 

DURĞUNLUQ GÖZLƏNİLMİR

 

Təşkilat, 2020-ci ildə durğunluq gözləmir, amma ticari, siyasi və geosiyasi risklərin əhəmiyyətinə diqqət çəkib. Gələcəkdə ola biləcək bir çöküşdə, inkişaf etmiş ölkələrin maliyyə və pul siyasəti sahələrinin məhdud olacağını bildirib. Avropada və ABŞ-da durğunluq riskinin yüksək qalmağa davam edəcəyi ifadə edilib. 

 

"Moody's" faiz nisbətlərinin aşağı, gəlir əyrilərinin də bir neçə il üfüqi qalacağını nəzərdə tutur.

19.11.2019 09:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ