Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"İnsanlar BOKT-larda daha isti münasibət görürlər" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnsanlar BOKT-larda daha isti münasibət görürlər" - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Regionda kiçik sahibkarlığa başlamaq istəyən insanlar ilk növbədə BOKT-lara müraciət edir. Biz vaxtaşırı müştərilərimizlə sorğular aparırıq və böyük qism qeyd edir ki, onlar BOKT-larda daha isti münasibət görürlər və sanki “öz evimizə gəlirik” deyirlər".


 

Azərbaycan Mikromaliyyə Assosiasıyasının İdarə Heyətinin üzvü Aynur Əliyevanın "Marja"ya müsahibəsi

 

-  Azərbaycanda mikromaliyyə 1996 ci ildən etibarən  regionlarda  bank xidməti məhdud olduğu üçün əhalinin yeganə alternativ maliyyə xidməti kimi mövcud olub. Bununla bağlı Bank olmayan Kredit Təşkilatı “Viator Mikrokredit” MMC-nın İdarə Heyətinin sədri və eyni zamanda Azərbaycan Mikromaliyyə Assosiasıyasının İdarə Heyətinin üzvü kimi şərhinizi öyrənmək istərdik?

 

- Bu fikir ilə tam razıyam və əminliklə deyərdim ki, mikromaliyyə - sosial əhəmiyyətli maliyyədir.

 

Bldiyiniz kimi, bütün dünyada və həmçinin, Azərbaycanda mikromaliyyə, xüsusən  mikro və kiçik sahibkarlıq ilə məşğul olan,  yeni fəaliyyət yaratmaq üçün ilkin maliyyə dəstəyi axtaran, maliyyə əldə etmək üçün kifayət qədər girovu olmayan və ya depozit ediləcək heç bir girovu olmayan, sahibkalıqda çox az təcrübəsi olan və buna görə də kiçik məbləğdə maliyyə dəstəyi axtaran və ümumilikdə əksər hallarda bankların müştəri kriteriyasına uyğun gəlməyən əhaliyə xidmət edən qurumdur.

 

Tarixə nəzər salsaq, məsələn, elə həmin 1996-cı ildən başlayaraq, bankların regionlarda filialları, xidmət ofisləri olmayan bir dövrlərdə, mikromaliyyə qurumları  regionlarda kənd təsərrüfatı üçün və digər xidmət sahələrinə  kiçik kreditlər, “startup” üçün maliyyə dəstəkləri, qeydiyyatı ünvanı  olmayan, həmçinin  girova qoymaq üçün mikromaliyyə qurumları fəaliyyətlərini getdikcə artırmaqdadır və öz müştəri kontingentinə yüksək səviyədə xidmətini inkişaf əmlakı olmayan qaçqın və məcburi köçkünlərə maliyyə xidməti göstəriblər.  Bu gün də etdirməkdədir.

 

Rəhbərlik etdiyim bank olmayan kredit təşkilatı 1999-ci ildən  bu günədək ölkəmizin Qərb bölgəsində fəaliyyət göstərir. Bizim təşkilatın əsas məqsədi aztəminatlı  ailələrin həyat keyfiyyətini artırmaq üçün iqtisadi cəhətdən fəal, lakin imkansız insanlara kömək etməklə  onların gəlirlərinin artırılmasına dəstək olaraq xidmət göstərməkdir.

 

- Ölkəmizdə bir çox böyük nüfüzlü və şəffaf xidmət göstərən banklar  olduqdan sonra kredit təşkilatlarına və ya digər mikromaliyyə qurumlarına nə ehtiyac var?

 

-Banklar daha çox iri maliyyələşmələrə diqqət yetirirlər və onlar böyük gəlirli biznes sahələrini maliyyələşməsində maraqlıdırlar, halbuki BOKT-lar kiçik maliyyə xidmətlərində böyük təcrübəyə malikdirlər. Fikrimi əsaslandırmaq üçün müqayisəli bir neçə məqamı vurğulamaq istərdim:

 

- BOKT-ların əsas məqsədi sahibkarlıq fəaliyyətinə mikrokredit verib,  sonra müştərisinin inkişafına dəstək olub onun biznesinin böyüməsini və uğurlu olmasını ərsəyə gətirməkdir;

 

- Bankların bir çox çeşidli müştəri xidmətləri var, BOKT-ların isə əsas etibarı ilə  mikrokreditlərdir.  BOKT öz müştərilərini demək olar ki, hamısının biznes fəaliyyətini yaxından tanıyır  və daha çox diqqət göstərir;

 

- BOKT-ların regionlarda daha çox filialları və xidməti ofisləri var və  bu da o deməkdir ki, kəndlərdə kənd təsərrüfatı və ya digər kiçik sahibkarlıqla məşğul olan insanların maliyyə xidmətlərinə çıxışları mövcuddur və seçim etmək imkanları var;

 

- BOKT-lar  xidmət etdiyi  insanlar xüsüsən aztəminatlı əhalidir, banklar isə daha çox iri maliyyələşmələrdə böyük kredit portfelinə xidmət edirlər;

 

- BOKT-larda məhsul (xidmət növü) sahəsi məhdud olduğu üçün büroktratizm demək olar ki, yoxdur, insanlara daha  çevik xidmət göstərilir;

 

- BOKT-lar daimi və ya təkrar müştərilərə  xüsusi güzəştlər edirlər;

 

- BOKT-ların, misal olaraq "Viator"u demək istərdim, maliyyə xidmətləri ilə bağlı digər sosial xidmətləri də var, məsələn maliyyə savadlılığı təlimləri, sahibkarlar üçün vergi ödənişləri ilə bağlı seminarlar, “öz biznesini başla və yaxşılaşdır“ təlimləri. Bu təlimləri məsələn, "Viator"un Təlim Mərkəzi öz müştərilərinə ödənişsiz  keçir;

 

- Regionda kiçik sahibkarlığa başlamaq istəyən insanlar ilk növbədə BOKT-lara müraciət edir.  Biz vaxtaşırı müştərilərimizlə sorğular aparırıq və böyük qism qeyd edir ki, onlar BOKT-larda daha isti münasibət görürlər və sanki “öz evimizə gəlirik” deyirlər.

 

- BOKT-ların müştərilərin kredit tarixçəsinin yaranmasında, kredit mədəniyyətinin formalaşmasında böyük rolu olmasını qeyd edərdim ki, bu da son məqamda onların inkişaf edərək yaxşı bank müştərisinə çevrilməsinə gətirib çıxarır;

 

İlk dəfə maliyyə qurumu kimi BOKT ilə təmasda olan müştəri sonrakı addımlarda bankda hesab açır, köçürmə edir, depozit qoyur və digər bank məhsullarından istifadə etməyə başlayır.

 

- Hazırda mikromaliyyə sektorunda müştərilərin şikayətlərinə baxılma mexanizminin təkmilləşdirilməsi istiqamətində işlər görülür?

 

-Artıq  20 ildən çoxdur ki, biz davamlı olaraq  kiçik sahibkarlığın inkişafına dəstək olaraq, bir çox insanlara ailə təsərrüfatı yaratmaqda, kiçik biznes qurmaqda və sonralar orta həcmli sahibkar olmağa dəstək olmuşuq. 2015-ci ildə “Viator Mikrokredit” Müştəri müdafiəsi üzrə “SMART Campaign” adlı müsabiqədə sertifikat qazanmışdır. Bizi kimi digər bir neçə bank olmayan kredit təşkilatı da bu sertifikatı  uğurla qazanmışlar.

 

Mikromaliyyə qurumları müştərinin qorunmasında çox maraqlıdırlar. Bu səbəbdən mikromaliyyə qurumlarının maliyyə dəstəyi və göstərdiyi xidmətdən əldə edilən müştərinin uğurlu inkişafı  sosial rifahın artmasının mühüm göstəricidir.

 

- "Viator Mikrokredit" təşkilatının müştəriləri arasında sahibkarlıq fəaliyyətinə başlayanlarla  bağlı statistika aparırmı?

 

-Əlbəttə, bu məlumatı hər bir mikromaliyyə təşkilatı öz səhmdarlarına və investorların təqdim edir. "Viator" 20 il ərzində təxminən 35 faiz müştərilərin sahibkarlıq fəaliyyətində yeni iş yeri açmalarına və inkişaf etdirmələrinə nail olub.

 

Yuxarıda göstərilən amillər mikromaliyənin sosial maliyyə olduğunu bir daha təsdiqləyir.

 

- “Qlobal Məqsədlər” kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Mikromaliyyə təşkilatlarının fəaliyyətində DİM-lərinə çatmasına necə dəstəkəyir?

 

-Mikromaliyyə qurumları öz fəaliyyətləri ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə birbaşa olaraq "Məqsəd 1: Yoxsulluğa son", "Məqsəd 5: Gender bərabərliyi", "Məqsəd 8: Layiqli əmək və iqtisadi artım", "Məqsəd 10: Bərabərsizliyin azaldılması" məqsədlərin həyata keçirilməsinə xüsusi töhfə verir.

 

- Müsahibə üçün təşəkkür edirik.

19.11.2019 10:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ