Hesab.az-dan SABAH qrupu tələbələri üçün növbəti təlim!
(®) Hesab.az onlayn ödəniş portalı tələbələr üçün növbəti seminarını həyata keçirib. Qeyd edək ki, hər zaman gənclərin təhsil və şəxsi inkişafına dəstək olan Hesab.az onlayn ödəniş portalı dəfələrlə faydalı ödənişsiz təlim, seminarların təşkil olunmasında iştirak etmiş, sosial tədbirlərə dəstək olmuşdur.
Bu dəfəki seminar, GoldenPay şirkətinin İdarə Heyətinin Üzvü, Məhsulların inkişafı və Marketinq üzrə direktor Tuğba Uçar və GoldenPay şirkətinin layihə rəhbəri, fəlsəfə elmləri doktoru Fəxri Hüseynovun iştirakı ilə SABAH qrupu tələbələri üçün "Marketinq planı necə hazırlanmalı?" və "Start-upın yaradılması" mövzusunda Bakı Dövlət Universitetində baş tutdu.
Seminarda marketinqin strateji planlaşdırılması, rəqabət mühitinin təhlili, müştələrin təhlili, rəqiblərin təhlili, bazar məqsədlərinin seçilməsi, xidmətlərə və müştərilərə münasibətdə üstünlük əsasında rəqabət haqqında danışıldı. Eyni zamanda, startapların əsas mərhələsi, layihələrin hazırlanması və maliyyə vəsaitlərinin cəlb edilməsi, iştirakçılara öz bizneslərini inkişaf etdirməkdə donor təşkilatların rolu haqqında geniş məlumat verilib.Gənclərin suallarını cavablandıran Hesab.az əməkdaşları, onlara dəyərli məsləhətlər də veriblər.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır