“Azərxalça”nın yeni filialının ilk xalçaları kəsilib
Bu ilin avqust ayında fəaliyyətə başlayan “Azərxalça”nın İsmayıllı rayonundakı yeni filialının ilk xalçaları kəsilib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu münasibətlə keçirilən tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov son illər ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti genişləndirilir, filiallarının sayı artırılır. Səhmdar Cəmiyyətin artıq 21 filialı fəaliyyət göstərir. İsmayıllı yeganə rayondur ki, burada 2 xalça istehsalı emalatxanası yaradılıb. İsmayıllıdakı birinci xalça fabriki 2018-ci il avqust ayının 25-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. “Azərxalça”nın İsmayıllı filialının açılışından sonra ölkə rəhbəri İsmayıllıda daha bir xalça emalatxanasının tikilməsi üçün Sərəncam imzalayıb. Bu gün filialın ilk xalçaları kəsilir.
Vidadi Muradov deyib ki, İsmayıllı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. İsmayıllıda fəaliyyət göstərən filiallarda çalışan toxucular bu ənənələri davam etdirməli, xalçaçılığın yaşadılmasına öz töhfələrini verməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl