Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank “BTB”də yeni təyinatlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank “BTB”də yeni təyinatlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank “BTB”nin 2019-2021-ci illər üzrə inkişaf strategiyasının uğurla həyata keçirilməsi məqsədilə İdarə Heyətinin tərkibində yeni təyinatlar baş verib.

 

Bankdan “Marja”ya bildirilib ki, Rövşən Fərhad-zadə İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

 

Həmçinin, Korporativ İnkişaf Departamentinin direktoru Rauf Qurbanov İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da, İdarə Heyəti üzvlərinin sayı 5-ə çatdırılıb.

 

Bank BTB-nin İdarə Heyətinin hazırki tərkibi:

- Emil Rzayev, İdarə Heyətinin sədri

- Rüfət Abbasov, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü

- Rövşən Fərhad-zadə, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü

- Vüsal Şahverdiyev, İdarə Heyətinin üzvü

- Rauf Qurbanov, İdarə Heyətinin üzvü

 

Bank “BTB” ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev İdarə Heyətində aparılan dəyişikliklərlə bağlı açıqlama verərək bildirib: “Bank BTB yeniliklərə açıq, innovasiyalara dəstək olan bir bank olaraq yeni inkişaf strategiyası ilə maliyyə sektorunda dayanıqlı bazar mövqeyini möhkəmləndirməyə iddialıdır. Əminəm ki, bankımız 3 illik inkişaf strategiyası çərçivəsində rəqəmsallaşma səviyyəsini artırmaq, xidmət şəbəkəsini genişləndirmək və biznes proseslərini optimallaşdırmaqla, o cümlədən, müştəri yanaşmasında və məhsul yaradılmasında innovativ həllər təklif etməklə maliyyə sektorunda davamlı artım tempini qoruyub saxlamağa nail olacaq.”

 

Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir. Hazırda bankın 17 xidmət nöqtəsi  fəaliyyət göstərir.

20.11.2019 10:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ