Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Günay Sığorta”: “Beynəlxalq Sığorta”nın müştəriləri bizə müraciət etsinlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günay Sığorta”: “Beynəlxalq Sığorta”nın müştəriləri bizə müraciət etsinlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Günay Sığorta” ASC ilə “Beynəlxalq Sığorta”ASC arasında bağlanmış 30.03.2017 tarixli portfelin ötürülməsi barədə əsas müqaviləyə uyğun olaraq “Beynəlxalq Sığorta” ASC-nin sığorta müqavilələri “Günay Sığorta” ASC-yə ötürülmüşdür. Bu gündən etibarən müştərilərə “Günay Sığorta” ASC tərəfindən xidmət göstəriləcəkdir. Bu barədə "Marja"ya “Günay Sığorta”dan bildirilib.

 

Sığorta məhsulları və sığorta hadisələri ilə bağlı hər hansı bir sual yaranarsa müştərilər aşağıdakı əlaqə vasitələri ilə  “Günay Sığorta” ASC-yə müraciət edə bilərlər.

 

Məlumat mərkəzi: (012) 990

E-mail: [email protected]

Sayt: www.gunaysigorta.az

FB: www.facebook.com/gunayinsurance/

 

Qeyd edək ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 25 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Hal-hazırda “Günay Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Yevlax, Xudat, Şamaxı və Füzuli şəhərlərində nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.

31.03.2017 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ