ABŞ-ın xam neft ehtiyatları artıb
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 1,4 milyon barel (0,3%) artaraq 450,4 milyon barelə yüksəldiyini açıqlayıb. "Marja" xəbər verir ki, bazar proqnozu, ehtiyatların 1,5 milyon barel artacağı istiqamətində idi. Xam neft ehtiyatları bir əvvəlki həftə 7,9 milyon barel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft anbarları isə keçən həftə 2 milyon barel azalaraq 637,5 milyon barel olub.
ABŞ-ın benzin ehtiyatları keçən həftə 1,8 milyon barel (0,8%) artımla 220,8 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar proqnozu 0,8 milyon barel artım olacağı istiqamətində idi.
ABŞ-ın xam neft idxalı, keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 222 min barel artımla təxminən 5,9 milyon barelə, ixracı isə gündəlik orta hesabla 394 min barel artımla 3,02 milyon barelə yüksəlib.
NEFT İSTEHSALI
Ötən həftə ABŞ-da xam neft istehsalı isə dəyişiklik göstərməyib. 8 - 15 Noyabr həftəsində ABŞ-ın xam neft istehsalı, gündəlik orta hesabla 12,8 milyon barel səviyyəsində qalıb.
EIA-nın "Noyabr 2019" hesabatında, 2020-ci ildə Brent növü xam neftin orta qiymətinin 60 dollar, ABŞ-ın Qərb Texas (WTI) xam neftinin orta qiymətinin də 54,50 dollar olacağı nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
17 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır