"AzFinance İnvestisiya Şirkəti"nin Müşahidə Şurasına sədr təyin edilib
"AzFinance İnvestisiya Şirkəti" QSC Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən Abid Mamedov Şirkətin Müşahidə Şurasının Sədri təyin edilib.
İndiyədək Abid Mamedov “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsində çalışırdı.
Şirkətin yaydığı məlumatda bildirilir ki, "AzFinance İnvestisiya Şirkəti" 2014-cü ildə Abid Mamedovun rəhbərliyi altında qurulmuş və 5 il ərzində sektorun qabaqcıl şirkətlərindən biri vəziyyətinə gətirilmişdir. "AzFinance İnvestisiya Şirkəti" 110 milyon manatdan çox aktivləri ilə bazara liderlik edir.
Abid Mamedov "AzFinance" şirkətindən öncə 8 il maliyyə sektorunda çalışmışdır. Bu müddətin 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan "Bloomberg" şirkətinin MDB ölkələri üzrə Müştəri Xidmətləri üzrə Direktor vəzifəsində çalışmışdır.
Abid Mamedov orta məktəb təhsilini Avropada almış və 2003-cü ildə London Universitetinin İqtisadiyyat fakultəsində Bakalavr dərəcəsi, 2004-cü ildə İngiltərənin Briston Universitetinin İqtisadiyyat fakultəsində Magistr dərəcəsini əldə etmişdir.
Yüksək liderlik və menecerlik keyfiyyətləri ilə xüsusi seçilir. Evlidir. İki övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl