Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Əmlak Məsələləri planı artıqlaması ilə yerinə yetirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmlak Məsələləri planı artıqlaması ilə yerinə yetirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Özəlləşdirmədən daxilolmalar 110% icra olunub


 

2019-cu ilin 11 ayı ərzində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə daxilolmalar 110% icra olunub.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə proqnoz 80 milyon manat olsa da, yanvar-noyabr ayları ərzində bu xətt üzrə dövlət büdcəsinə 87.6 milyon manat vəsait daxil olub.

 

“Özəlləşdirmənin sürətləndirilməsi və investisiyaların cəlb edilməsi ilə bağlı görülən işlər nəticəsində bu istiqamətdə büdcə daxilolmalarının məbləği artmaqdadır. Özəlləşdirmədə innovasiyaların tətbiqi, prosedurların daha da sadələşdirilməsi və elektron üsullarla təqdim olunması birbaşa səmərəliliyin və məmnunluğun artırılmasına istiqamətlənib.

 

Özəlləşdirmə hərraclarına qoşulmaq üçün sifarişlərin elektron formada verilməsi, o cümlədən Elektron hərrac sistemi ilə istənilən şəxsin prosesdə onlayn iştirakı şəffaflığı təmin edir, optimallığı və statistik göstəriciləri artırır. Qeyd edək ki, 2019-cu il ərzində  ümumilikdə 125 hərrac keçirilib. Hərrac iştirakçıları tərəfindən 122 sifariş onlayn formada verilib. Elektron hərrac sistemi ilə 10 iştirakçı hərraca onlayn formada qoşulub.

 

Cari il ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə sahəsində 4 səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə  investisiya müsabiqələri elan edilmiş və həmin dövlət əmlakları özəlləşdirilmişdir”,- məlumatda deyilir.

21.11.2019 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ