Ən yuxarı (mobil)-2_30

Sumqayıt Kimya Sənaye Parkında istehsal 2,6, ixrac isə 3,6 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıt Kimya Sənaye Parkında istehsal 2,6, ixrac isə 3,6 dəfə artıb

Bu ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında istehsal edilmiş məhsulların 43%-i ixrac edilib. Ötən ilin eyni dövründə bu nisbət 30% idi.

 

"Marja" xəbər verir ki, bu, Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbovun açıqladığı rəqəmlərdən məlum olur. 

 

Noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov bildirib:

 

"2018-ci ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 170 milyon manatlıq məhsul istehsal edilmişdisə, bu ilin 9 ayında 2,6 dəfə çox - yəni, 440 milyon manatlıq məhsul istehsal olunmuşdur. İxrac isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə artaraq bu ilin 9 ayında 190 milyon manat təşkil etmişdir. Diqqətinizə çatdırıram ki, 2018-ci ildə bu göstərici 52 milyon manat olmuşdur.

 

Həmçinin bu ilin 9 ayında parka 600 milyon manat investisiya yatırılmışdır ki, bu da ölkə sənayesinin qeyri-neft sektoru üzrə investisiyalarının 50 faizini təşkil etmişdir.

 

Eyni zamanda, bu ilin 9 ayında 440 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 5,3 faiz olmuşdur.

 

Bundan əlavə, bu il 190 milyon manatlıq ixracla Sumqayıt Kimya Sənaye Parkının ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi 11 faiz təşkil etmişdir".

 

Nazim Talıbov əlavə edib ki, bu günədək sənaye parklarında 2 milyard manata yaxın məhsul istehsal olunmuş, təqribən 400 milyon manatlıq məhsul ixrac edilmişdir. Əksəriyyəti ölkəmiz üçün yeni olan sənaye məhsullarının ixrac coğrafiyasında MDB ölkələrini, Türkiyə, Ukrayna, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Danimarka və Hollandiyanı misal göstərmək olar.

21.11.2019 18:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ