SOCAR-dan "Fənərbağça" açıqlaması
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Fənərbağça” klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib.
“Mütəmadi olaraq bu cür şayələr ortalığa atılır. Bizim konkret bu istiqamətdən sponsorluq planımız yoxdur” deyə o vurğulayıb.
“Fənərbağça” klubu da İctimaiyyəti Məlumatlandırma Platformasında açıqlama yayaraq, xəbəri təkzib edib: “Bəzi xəbər saytlarında ve sosial mediada “Fənərbağça”nın ad hüququnun 15 il müddətində satılması ilə bağlı şirkət adı və məbləğ göstərilməklə, danışıqlar aparıldığı yönündə məlumatlar yer almaqdadır. Həqiqəti əks etdirməyən bu xəbərlərə inanmamağı sərmayədarlarımızın diqqətinə çatdırırıq”.
Qeyd edək ki, SOCAR-ın 450 milyon avro qarşılığında “Fənərbağça”ya sponsorluq edəcəyi xəbərini Türkiyə mətbuatı yazıb. Eyni zamanda “Red Bull” şirkətinin də belə bir niyyətinin olduğu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 13 saat əvvəl