Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank startapçı gəncləri mükafatlandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank startapçı gəncləri mükafatlandırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə həyata keçirdiyi “Startap günləri” layihəsi uğurla başa çatıb. 


Noyabrın 25-də “StartupFest 2019” tədbiri çərçivəsində layihənin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

 

Mərasimdə startapçı gənclərə Azərbaycan Beynəlxalq Bankının da mükafatları təqdim olunub. 


Xatırladaq ki, bu ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərində yerləşən 8 ali və 1 peşə təhsili müəssisəsində startap müsabiqələri təşkil olunaraq qalib komandalar seçilib. Layihənin bağlanış mərasimində isə qalib komandalar arasında final yarışı baş tutub. Yekunda mükafatlandırma mərasimi keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim edilib. Azərbaycan Beynəlxalq Bankının fəal dəstək verdiyi bu layihədə ümumən 1000-dən çox gənc iştirak edib. 


“Startap günləri”  layihəsinin  məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılmasıdır. 


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, bank innovativ təşəbbüslərin dəstəklənməsi üçün davamlı layihələr həyata keçirir: “Bu layihələr cəmiyyətimizin gələcəyinə qoyulmuş sərmayədir. Startap ideyalarına malik gənclərə kömək göstərməklə biz ölkəmizdə startap ekosisteminin inkişafına töhfə vermiş oluruq və bundan çox məmnunuq”

 

26.11.2019 11:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ