Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Gömrüyün “Yaşıl dəhliz”indən cəmi 1%-lik hissə istifadə edə bilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrüyün “Yaşıl dəhliz”indən cəmi 1%-lik hissə istifadə edə bilir

Bu vaxtadək 490 iştirakçıya “Yaşıl dəhliz” sistemindən istifadə hüququ verilib.

 

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev noyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, idxal əməliyyatlarında 297 iştirakçı, ixrac əməliyyatlarında isə 193 iştirakçı "Yaşıl dəhliz"dən istifadə hüququndan yararlanıb.

 

2019-cu ilin Oktabr ayına olan məlumata görə, xarici ticarət iştirakçıların sayı 35 261, o cümlədən fiziki şəxs iştirakçıların sayı 27 156, hüquqi şəxs iştirakçıların sayı 8 105 olub.  Beləliklə, xarici ticarət iştirakçılarının cəmi 1,4%-nə “Yaşıl dəhliz” sistemindən istifadə hüququ verilib.

 

Yaşıl Dəhliz buraxılış sistemi

 

"Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

 

Ümumi üstünlüklər:

-Sərhəd buraxılış məntəqələrindən prioritet keçid
-Gömrük xidmətlərindən istifadə zamanı prioritetlik
-Mimimum fiziki yoxlamalar
-Gömrük ekspertizasının prioritet qaydada aparılması
-Gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması
-Xarici ticarət üzrə təlimlərdə iştirak

 

Spesifik üstünlüklər:

-İdxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması
Gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi

27.11.2019 04:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ