Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın 12 sığorta şirkəti kiçilib - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın 12 sığorta şirkəti kiçilib - SİYAHI

2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycanın 22 sığorta şirkətindən 12-sinin topladığı sığorta haqları azalıb.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, müqayisə olunan dövrdə 9 sığorta şirkətinin topladığı sığorta haqları artıb, 1 sığorta şirkəti bu il fəaliyyətə başladığından müqayisə mümkün deyil.

 

Topladığı sığorta haqları azalan şirkətlər: “Amrah Sığorta”, “AtaSığorta”, “Atəşgah Həyat”, “Atəşgah”, “AXA MBASK”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Həyat” və Standard Insurance”.

 

Qeyd edək ki, həyat sığortası şirkətlərinin topladıqları sığorta haqlarının azalması qanunvericiliyə edilmiş dəyişikliklərin  2019-cu ilin Yanvarından qüvvəyə minməsi ilə bağlıdır.

 

2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycanın 22 sığorta şirkətindən 13-nün sığorta ödənişləri artıb, 8-də azalıb. 1 sığorta şirkəti bu il fəaliyyətə başladığından müqayisə mümkün deyil.

 

Sığorta ödənişləri azalan şirkətlər: “Atəşgah Həyat”, Atəşgah”, “AXA MBASK”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Günay Sığorta”, "Naxçıvansığorta" və “Qala Həyat”.

 

Sığorta şirkətlərinin topladıqları sığorta haqları və sığorta ödənişlərinin dinamikası ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

28.11.2019 05:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ