Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Tramp etirazçıları dəstəkləyən Honq Konq qanununu imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp etirazçıları dəstəkləyən Honq Konq qanununu imzaladı

ABŞ Prezidenti Donald Tramp, Honq Konqdakı nümayişlərdə tətbiq olunan şiddət və insan haqqları pozuntularına görə məsuliyyət daşıyan çinli rəsmilərə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

 

"Marja" xəbər verir ki, Tramp, etdiyi yazılı açıqlama ilə Konqresin hər iki palatasından da keçərək masasına gələn "Honq Konq İnsan Haqları və Demokratiya Qanunu" adlı qanun layihəsini imzaladığını bildirib.

 

Tramp açıqlamasında, "Bu qanunu, Çin Dövlət Başçısı Şi Cinping və Hong Kong xalqına olan hörmətimdən ötəri imzaladım. Bu qanun, Çin və Honq Konq hökumətlərinin aralarındakı fərqlilikləri həll edərək, uzun, davamlı sülh və rifaha gətirib çıxarmasını məqsəd qoymaqdadır" ifadələrini istifadə edib. 

 

Respublikaçı senator Marco Rubio tərəfindən təqdim edilən və Konqresin hər iki palatasından da keçən qanun, həm Respublikaçı həm də Demokrat vəkillər və Senatorlardan böyük dəstək almışdı.

 

Çinin ABŞ-ın bu addımına necə cavab verəcəyi maraqla gözlənilir.  Çin rəhbərliyi, Trampdan əlaqədar qanunu veto etməsini istəmişdir. 

 

Xatırladaq ki, Honq Konq rəhbərliyi, şübhəlilərin Çinə qaytarmasını asanlaşdıran qanun layihəsini 3 Apreldə parlamentə təqdim etmişdi. Müxalifət qanunun, Honq Konqun səlahiyyətlərini azaldacağı və Çinin təsirini artıracağını düşünərək iyunun əvvəlində şəhərdə böyük kütləvi etirazlar başlatmışdır.

 

Etirazların gün keçdikcə şiddətini artırmasından sonra Honq Konq Baş İdarəçisi Carrie Lam, iyulda qanunun "öldüyünü" açıqlamış, 4 Sentyabrda qanunun geri götürəcəklərini açıqlamışdı. Qanunun, 23 Oktyabrda rəsmi olaraq geri götürülməsinə baxmayaraq etirazçılar, "demokratik islahat" tələbləri ilə etirazları davam etdirmək qərarı verib. 

28.11.2019 04:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ