Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlətə məxsus şirkət ləğv edilir - SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətə məxsus şirkət ləğv edilir - SƏRƏNCAM

Səhmləri dövlətə məxsus olan "Azneftkimyamaş" ASC ləğv edilir. 

 

"Marja" xəbər verir ki, bu barədə ASC-nin elanında deyilir.

 

Qeyd edilib ki, "Azneftkimyamaş" ASC Əmlak Məsələləri Dövlət Komitəsinin 27.11.2019-cu ul tarixli 233 nömrəli sərəncamı ilə "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti "Balaxanı Maşınqayırma Zavodu" açıq səhmdar cəmiyyətinə qoşulması ilə əlaqədar "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti ləğv edilir.

 

Xatırladaq ki, 2001-ci ildə "Azneftkimyamaş" Dövlət Şirkəti ləğv edilmiş, Səttarxan adına maşınqayırma zavodu, Keşlə maşınqayırma zavodu,  B.Sərdarov adına maşınqayırma zavodu, Zabrat maşınqayırma zavodu, "Bakı fəhləsi" maşınqayırma zavodu, Bakı maşınqayırma zavodu, Suraxanı maşınqayırma zavodu, Bakı neftqazmədən avadanlığı zavodu, Bakı neftmədən maşınqayırma zavodu,  Səbail maşınqayırma zavodu, Balaxanı maşınqayırma zavodu, 28 May adına maşınqayırma zavodu, "Azneftmaş" təcrübə-sınaq zavodu, Sabunçu elmi-texniki təcrübə müəssisəsi,  Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu (AZNMAŞİ), Azərbaycan Maşınqayırma Texnologiyası İnstitutu,  Neftqazçıxarma Maşın və Avadanlıqların Layihələndirilməsi üzrə Xüsusi Büro (XKB «Neftmaş»), Azərbaycan Dövlət Maşınqayırma və Metal Emalı Müəssisələrinin Kompleks Layihələndirmə İnstitutunun bazasında səhmləri dövlətə məxsus olan "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdı.

28.11.2019 12:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ