Avro, Funt və Lirə üzrə ucuzlaşma proqnozları qüvvədə qalır
Avro, Funt və Lirə üzrə proqnozlar özünü qorumaqdadır və bu gün bazarlara təsir edə biləcək əlavə göstəricilərin də dərci diqqət mərkəzindədir.
Beynəlxalq valyuta birjalarında Şükran bayramı münasibətilə Amerikada ticarətin iki gün bağlı olması, ticarət aktivliyinin azalmasına səbəb olub. Belə ki, EUR/USD, GBP/USD və USD/TRY məzənnələri cari həftənin maksimum və minimum səviyyələri aralığında dalğalanmaqdadırlar.
Lakin avro, funt və lirə üzrə ucuzlaşma proqnozları da aktuallıqlarını qorumaqdadır. Belə ki, Avropa Mərkəzi Bank sədrinin sonuncu açıqlamaları və cümə axşamı Almaniyanın inflyasiyaya dair dərc edilən mənfi göstəriciləri bazarlara təsir edən əsas amillərdir.
Almaniya, Fransa, İtaliya və Avrozona üzrə önəmli göstəricilər dərc ediləcəkdir.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-da Almaniyanın pərakəndə satış və saat 1-ə qalmış əmək bazarı ilə bağlı məlumatlar da yayımlanacaqdır. Saat 12-ə qalmış Fransadan, 2-də isə İtaliya və Avrozona üzrə açıqlanacaq inflasiya ilə bağlı göstəricilər də diqqət mərkəzindədir.
Brent neftində korreksiya
Enerji birjalarında də Brent neftinin qiyməti 64$-ın altında qaldıqca, korreksiya 62$-a kimi dərinləşə bilər.
Neft qiymətlərində ucuzlaşma Amerika ilə Çin arasında müsnibətlərin yenidən pisləşə biləcəyi ehtimallarıdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl