Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İçkilər və siqaretlərə verginin artırılması təsdiq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İçkilər və siqaretlərə verginin artırılması təsdiq edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli Məclis cümə günü keçirilən plenar iclasda Vergi Məcəlləsinə düzəlişləri III oxunuşda qəbul edib. 


Ümumilikdə, Məcəlləyə 162 dəyişiklik daxil olunub, bunun 73-ü yeni tədbirlər və anlayışlardır.

Reklam_3_11


Dəyişikliklərdən biri aksiz vergisi ilə bağlıdır. 2020-ci il yanvarın 1-dən ölkədə istehsal edilən spirtli içkilər və tütün məmulatlarına, eləcə də energetik içkilərə tətbiq olunan aksiz vergisi artacaq.

 

İçməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisinin 2 manatdan 3,2 manata (artım 60%), şampan şərabının hər litri üçün aksiz vergisinin 2,5 manatdan 2,6 manata (artım 4%), şərab və şərab materiallarının hər litri üçün aksiz vergisinin 0,1 manatdan 0,2 manata (artım 2 dəfə), pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün aksiz vergisinin 0,2 manatdan 0,4 manatadək (artım 2 dəfə) artırılması planlaşdırılır. Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur. Konyak və konyak materiallarının hər litri üçün aksiz vergisinin 6 manatdan 3,2 manatadək (azalma 36%) azaldılması təklif olunur.

 

O cümlədən, dəyişikliklərə əsasən, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisinin 20 manatdan 31 manata (artım 55%) çatdırılması nəzərdə tutulur. Spirtli və ya spirtsiz olmasından asılı olamayaraq energetik içkilərin hər litri üçün vahid 3,1 manat aksiz vergisi müəyyən olunub. Hazırda spirtli energetik içkilərin hər litri üçün 2 manat, spirtsiz energetik içkilərin hər litri üçün 3 manat aksiz vergisi tətbiq edilir.

29.11.2019 11:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ