Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft Fondunun yeni İcraçı direktoru bu tapşırıqları aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondunun yeni İcraçı direktoru bu tapşırıqları aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun İcraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.

 

Reklam_3_11

“Bu il Fondun vəsaiti 10 faiz artıb və ilin axırına 42,5 milyard dollar həcmində gözlənilir. Qeyd etdiyiniz kimi, Fondun tarixində investisiya gəlirləri ilk dəfə olaraq 1,8 milyard dolları keçib. Bir daha Sizi əmin etmək istərdim ki, Fondun investisiya portfelinin daha da şaxələndirilməsi və risklərin azaldılması istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm”.

 

“Marja” xəbər verir ki, bunu Neft Fondunun yeni İcraçı direktoru İsrafil Məmmədov bildirib.  

 

Azərbaycan Prezidenti bildirib ki, həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur: “Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq azriskli aktivlərə fikir verməliyik.

 

İndi Fondun komandası da çox təcrübəlidir, uzun illərdir ki, işləyir. Siz də on ildən çoxdur ki, müavin vəzifəsində işləyirsiniz. Əminəm ki, müsbət dinamika davam etdiriləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram”.

29.11.2019 13:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ