Mərkəzi Bank devalvasiyada itirdiyi valyuta ehtiyatlarını bərpa edir
2019-cu ilin Noyabr ayı ərzində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 38.4 milyon dollar artaraq 6 milyard 183,1 milyon dollara çatıb. Oktyabrın sonunda valyuta ehtiyatları 6 milyard 144,7 milyon dollar təşkil etmişdi.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin 11 ayı ərzində valyuta ehtiyatları 557.4 milyon dollar artıb. Ötən ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 625.7 milyon dollar təşkil etmişdi.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin İyul ayında 15 milyard 193.4 milyon dollara yüksəlmişdi. 2015-ci ildə həyata keçirilən devalvasiyalar zamanı valyuta ehtiyatları "ərimiş" və 2016-cı ilin sonunda 3 milyard 974.4 milyon dollaradək düşmüşdü.
Rəsmi valyuta ehtiyatları (milyon ABŞ dolları)
Tarix Dəyər
29/11/2019 6183.1
31/10/2019 6144.7
30/09/2019 6034.1
30/08/2019 6004.3
31/07/2019 5962.8
28/06/2019 5939.4
31/05/2019 5870.9
30/04/2019 5789.0
29/03/2019 5778.6
28/02/2019 5761.9
31/01/2019 5655.9
29/12/2018 5625.7
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl