Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azərbaycan parlamentinin dövlət büdcəsinin icrasına nəzarəti formal idi”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan parlamentinin dövlət büdcəsinin icrasına nəzarəti formal idi”

“Parlamentin səlahiyyətləri, xüsusilə də icra hakimiyyəti üzərində nəzarət, ondan hesabat tələb eymək səlahiyyətləri çox geniş olmalıdır”.

 

“Marja” xəbər verir ki bunu iqtisadçı Rövşən Ağayev bildirib.

 

İqtisadçı, “Məsələn, bizim Konstitusiyanın 95-ci maddəsinə görə, büdcənin icrasına nəzarət bilavasitə Parlamentin səlahiyyətinə aid məsələdir” deyərək sözlərinə belə davam edib:

 

“Amma təkcə büdcə iscrasına dair son illər hər il may-iyun aylarında Milli Məclisin plenar iclaslarının stenoqramlarına baxmaq kifayətdir ki, bu nəzarətin nə qədər formal olduğu aydın görünsün. Parlament büdcə layihəsinin müzakirəsi zamanı büdcədən vəsait istəyən hər bir nazirdən (yaxud başqa təsisatın rəhbərindən) bu vəsaiti niyə istədiyini, onun xərclənməsindən cəmiyyətin hansı faydanı götürəcəyin sormaq səlahiyyətinə malik olmalıdır. 1 il sonra həmin büdcə icrasına dair hesabatda da hər kəsi belə sorğulamaq, 1 il öncə onların sərəncamına verdikrləri büdcədən cəmiyyətin nələr qazandığını sormaq imkanı əldə etməlidir. Parlament istisnasız olaraq - hətta hərbi xərclər də daxil - büdcə vəsaitlərinin hər qəpiyinin hesabını sora, onların hansı proqramlara və layihələrə yönəldiyinin hesabını tələb edə bilməlidir.

 

Yeri gəlmişkən, BVF-nin “Parlamentin büdcə səlahiyyətləri indeksi”ni hazırlamaq təcrübəsi var. Həmin indeksin müəyyən edilməsi üçün istifadə olunan meyarlar sırasında parlamentin büdcə layihəsini dəyişdirmək səlahiyyətinin olması, büdcənin parlament müzakirələrinin müddəti, büdcəni tədqiq etmək üçün parlamentə təqdim olunan texniki dəstəyin miqyası kini məsələr də var”.

04.12.2019 05:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ