"Azərpoçt" və "Belpoçta" arasında müqavilə imzalanıb
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" MMC və Belarusun "Belpoçta" poçt operatoru arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İmzalanma mərasimi "Bakutel 2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekomunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində baş tutub. Mərasimdə Belarusun Rabitə və İinformasiya naziri Konstantin Şulqan da iştirak edib.
Müqaviləyə əsasən, tərəflər qruplaşdırılmış poçt göndərişlərinin ikitərəfli mübadiləsini həyata keçirəcək. Belə ki, tərkibi elektron kommersiya mallarından ibarət olan beynəlxalq kiçik paketlərin mübadilə şərtləri asanlaşdırılacaq və bu göndərişlərin bazara uyğun qiymətlərlə çatdırılması təmin olunacaq.
Əsas məqsəd 2 ölkə arasında mübadilə olunan poçt həcmini artırmaq və elektron kommersiyanın daha geniş inkişafına nail olmaqdır.
Qeyd edək ki, ötən il "Bakutel 2018" sərgisində "Azərpoçt" və "Belpoçta" arasında poçt, maliyyə xidmətlərinin, EMS və logistikanın inkişaf etdirilməsi ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 25 d. əvvəl
-
30 d. əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
34 d. əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 38 d. əvvəl
- 45 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 2 saat əvvəl