Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır

"Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir. Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib. Hazırda bu istiqamətdə işlər aparılır. Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur”.

 

Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Təhsil Nazirliyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub: "Biz bilirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcuddur və hansı işlər görülməlidir. Bildiyiniz kimi, Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər il də bu dərsliklərin sayı artırılır. Bu, çox vacib məsələlərdən biridir. Bu gün orada mövcud olan bəzi çatışmazlıqları müzakirə edirik. Bu, əsasən müəllimlərin yaşlaşması ilə bağlıdır. Müəllimlərin yaşlaşması ilə bağlı müəyyən Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı var. Komitənin sifarişi ilə xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub".

 

NAĞD PUL 17%-DƏN

 

© "Report"

05.12.2019 10:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ