“AzDoc” elektron sənəd dövriyyəsi sistemi hazırlanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “AzDoc” elektron sənəd dövriyyəsi sistemini hazırlayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, "AzDoc" elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır.
Yerli mütəxəssislər tərəfindən tərəfindən hazırlanan "AzDoc" təşkilatın bütün sənədlərinin qeyd olunduğu gündən arxivdən silindiyi günə qədər tam dövriyyəsini dəstəkləyir. Burda sənədlərin qeydiyyatı, göndərilməsi, dərkənar yazılması, icrası, nəzarətə götürülməsi, statusları və s. əks olunur. Sənəd dövriyyəsində sənədlərin elektron imza ilə imzalanma imkanı da var.
Elektron sənəd dövriyyəsi təşkilat daxilində genişhəcmli sənəd dövriyyəsini təşkil etməklə yanaşı, sənəd ötürmə prosedurlarını təmin etmək, müxtəlif elektron sənəd formatlarının dəstəklənməsi, ərazi cəhətdən kənar şöbələrin sistemə daxil edilmə imkanının olması, ictimai sənədlərin təşkilatın veb-saytında dərc olunması kimi funksionallıqları özündə birləşdirir.
“A-dan Z-yə elektron kargüzarlıq” şüarını əsas tutan “AzDoc” proqramı, işin səmərəliliyini 25% artırır, sənədlərin yaradılması və emal olunmasında itkiləri 75% azaldır, bununla da sənədlərin saxlanılma xərcləri 80% azalır, vaxta qənaət edilir.
Qeyd edək ki, MDB məkanında ilk dəfə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi arasında memorandumun elektron imzalanması “AzDoc” sənəd dövriyyəsi sistemi üzərindən həyata keçirilib.
Hazırda ölkədə AZAL, Gənclər Fondu, Energetika Nazirliyi, Turizm Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumlarında “AzDoc” elektron sənəd dövriyyəsi sistemi tətbiq olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl