“Azəripək” Özbəkistan təcrübəsini öyrənməyə başlayıb
“Azərbaycan Sənaye Korporasiyasi” ASC ilə Özbəkistan Respublikasının “Uzbekipaksanoat” Assosiasiyası arasında Memorandum imzalanıb.
İmzalanmış Memorandumun nəticəsi olaraq Assosiasiyanın sədri cənab Baxram Şaripovun rəhbərliyi etdiyi mütəxəssislərdən ibarət nümayəndə heyəti “Azəripək” MMC-də olan mövcud vəziyyətlə tanış olmaq üçün Şəki rayonuna səfər edib.
Qonaqlar “Azərbaycan Sənaye Korporasiyasi” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə birgə müəssisədə fəaliyyət göstərən istehsal sahələri, işçi heyəti ilə yaxından tanış olublar. Tərəflər gələcək əməkdaşlıqlar üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr apararaq, müvafiq təkliflər təqdim edib.
Səfərin əsas məqsədini rəqabətədavamlı digər təbii ipək məhsullarının istehsalının və satışının təkmilləşdirilməsi üzrə əməkdaşlıq, quru baramadan digər yan məhsulların əldə edilməsi, “Azəripək” MMC-də istehsal prosesinin təkmilləşdirilməsi və məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətin yüksəlməsi, həmçinin ipəkçilik sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübə mübadiləsi təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 35 d. əvvəl
- 40 d. əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi